19 yanvar 2016 18:00
Sumqayıt Antalyada təlim-məşq toplanışını davam etdirir
“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün qonşu ölkədə 2 məşqdən birini artıq başa vurub.
Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər üzərində çalışıb. Yüngül zədə alan Eltun Yaqublu kollektivdən ayrı çalışıb. Ardından "Sumqayıt" 3 qrupa bölünərək tenisbol oyunu ilə məşqi tamamlayıb. Komanda yerli vaxtla axşam saat 17:00-da ikinci məşqinə çıxacaq.
Xatırladaq ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah növbəti yoxlama oyununu keçirəcək. "Sumqayıt" Rumıniya klubu “Voluntari” ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. (klub saytı)














