19 yanvar 2016 16:40

Elxan Abdullayev: Bakıda da yaxşı hazırlaşmaq üçün hər şərait var

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Ölkə daxilində hazırlıq keçən klublar arasında təşkil olunan mini turnir və onun səviyyəsi barədə nə deyə bilərsiniz?
- Əlbəttə, turnirin səviyyəsi daha yaxşı ola bilərdi. Amma istənilən halda belə bir turnirin təşkil olunması müsbət məqamdır. Ölkə xaricinə gedə bilməyən klublar üçün bu turnirin faydası böyükdür. Məncə, "Qarabağ" və "Qəbələ" üçün belə bir turnirdə iştirak etmək maraqlı olmazdı. Təbii ki, sınaqçı rəqiblər baxımından Antalyaya getmək daha yaxşıdır. Necə də olmasa, "Verder"lə oynamaq "Şərurspor"la qarşılaşmaqdandaha yaxşıdır. Bu mənada Türkiyə toplanışı vacibdir. Amma digər mənada burada qalan klublarımız üçün heç bir çatışmazlıq yoxdur. Məsələn, "Neftçi"nin məşqlərinə gedirəm. Bakı Olimpiya stadionunun əla meydançası var. Yaxşı otellərimiz də yetərincədir. Bir sözlə, Bakıda da yaxşı şərtlər altında məşq etmək, hazırlaşmaq mümkündür. Amma təbii ki, qarşısına yüksək hədəflər qoymuş klublar ölkə xaricinə getməyə üstünlük verirlər.

- "Şərurspor" kimi komandalarla oyunlar "Neftçi"yə nə verir?
- Bu klubun nümayəndələrinin yerinə danışa bilmərəm. Onların ölkə xaricinə getməkdən imtinasının səbəbini bilmirəm.

- AZAL hələ mövsümün əvvəlində maaşları həvəskar səviyyəyə qədər azaltmışdı. İndi də "Rəvan" və "Xəzər Lənkəran" oxşar addım atır. Necə olacaq?
- Milli manatın devalvasiyası klublarımıza çox böyük təsir göstərdi. Təkcə onlara yox, bütövlükdə ölkəmizə. Amma bu, o demək deyil ki, buna görə oturmaq, iş görməmək lazımdır. Bizim dövrümüzdə bundan da çətin vəziyyət hökm sürürdü. Bunlar müvəqqətidir. Bir qədər dözmək lazımdır. Əsas ruhdan düşməməkdir.

- Bu, milli çempionatdakı rəqabətə nə dərəcədə təsir göstərəcək?
- Bütün çətinliklərə baxmayaraq, çempionatda fasiləyə qədər yaxşı rəqabət var idi. Düzdür, klubların bəzisinin gücü azalıb. Yalnız "Qarabağ"la "Qəbələ" qalanlarının hamısını bir az üstələyir. Amma zəif komandalara qarşı oynayanda güclülərin də səviyyəsi aşağı düşür.

- Azərbaycan yığmasının bu ilki ilk rəqibi barədə nə deyərdiniz?
- Yoxlama oyunu üçün Qazaxıstan yaxşı rəqibdir. Biz onlarla qarşılaşmışıq. İmkanlarına bələdik. Yaxşı rəqibdir. Gənc komandamız üçün belə rəqiblərlə oyunlar çox vacibdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.