19 yanvar 2016 16:00
Ramaldanov Türkiyədə çıxış edə bilər
"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, hazırda o, qonşu ölkə təmsilçisi ilə danışıq aparır.
Millimizin müdafiəçisinin "Xəzər Lənkəran"a qayıtmaq variantı da var. Belə ki, cənub klubunun baş məşqçisi Elbrus Məmmədov onu komandasında görmək istəyir. Amma Rasim məhz Türkiyə variantına görə cənublulara müsbət cavab verməyə tələsmir.
