19 yanvar 2016 15:40

Nərimanov: Çempionata maksimum şəkildə hazır olmalıyıq

“Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq, hazırlıq əla keçdi. Qarşıda toplu məşqlər var”. Azerisport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Tural Nərimanov söyləyib.

Təcrübəli müdafiəçi klub saytına açıqlamasında Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib: “Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budur. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq”.

Bir həftəlik toplanış müddətində “Kəpəz” iki yoxlama oyunu keçirib. “Sarı-göylər” öncə Yevlaxda əvəzedici heyətlə, daha sonra isə Bakıda “Qaradağ Lökbatan”la qarşılaşıblar. İlk matçda 6:0 hesabı ilə qələbə qazanan komanda paytaxtda 1:2 hesabı ilə uduzub: “Bu mərhələdə keçirilən yoxlama oyunlarının nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola görüşlərə çıxdıq. Əsas olan fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdır”.   

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.