19 yanvar 2016 14:40
Raydell Pupon: Qurban Qurbanov məni beş ən yaxşı legioner arasında görmürdü
Hollandiyanın "Roda" klubuna keçən "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon Ağdam təmsilçisindən gedişi barədə danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Qurban Qurbanov mənimlə həmişə açıq danışırdı. O, dedi ki, mən irəlidə oynaya bilməyəcəyəm. Buna səbəb Azərbaycanda legionerlərə qoyulan limit idi. Baş məşqçi isə məni beş ən yaxşı legioner arasında görmürdü. Amma hər şeyə rəğmən, mən "Qarabağ" karyerama görə qətiyyən peşman deyiləm. Çünki bu, mənim üçün çox əla təcrübə oldu".
