19 yanvar 2016 14:20
Vəli Qasımov: Neftçi elə-belə yerə kimisə qovmazdı
"Neftçi"nin idman direktoru Vəli Qasımov futbol akademiyasının qapıçılarla işləyən məşqçisi Hüseyn Məhəmmədovun klubdan uzaqlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fakt var ki, bu adam mərc oyunlarında iştirak edib. Mətbuatda hətta bunun fotokardları da yayılmışdı. Biz elə-belə yerə kimisə qovmazdıq. Bir işçi kimi bizi tam qane edirdi. Sadəcə, müqaviləsinin tələblərinə əməl etmədi. Həmin tələblərdən biri də o idi ki, klubun işçisi hansısa mərc oyunlarında iştirak edə bilməzdi. O, bunun əksini söyləyə bilər. Amma müqavilənin tələblərini pozmasına dair faktlar var. Bu da "Neftçi"də çalışan hər kəs üçün qəbulolunmazdır".
