19 yanvar 2016 13:40
XL heyətini gücləndirir
"Xəzər Lənkəran" mövsümün qalan hissəsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubu heyətini də gücləndirməyə çalışır.
Belə ki, "ağ-yaşıllar" baxışa iki futbolçu çağırıb. Bunlardan biri "Sumqayıt"dan ayrılan Nodar Məmmədov, digəri isə "Turan Tovuz"dan Ruqay Əlhüseynlidir.
Bu gün daha bir futbolçu cənubluların düşərgəsinə qoşulacaq. Bu, "Sumqayıt"la yolarını ayıran hücumçu Mirzağa Hüseynpurdur.
