19 yanvar 2016 13:20
Azərbaycan Macarıstanla iki yoxlama oyunu keçirəcək
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə 2 yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandalar fevralın 23-də saat 18:00-da, fevralın 25-də isə saat 11:00-da qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq. (AFFA)
