Xəzər Lənkərana texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
14 yanvar 2016-cı il tarixində U-16 Liqasında “Neftçi” İK İB – “Rəvan” matçının 48-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Kamil Hüseynov rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
18 yanvar 2016-cı il tarixdə U-16 Liqasında “Rəvan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqasının “Təhsil” TFM klubu yarışlarda iştirakdan imtina etməsi haqqında müraciət edib. Bunu nəzərə alaraq “Təhsil” TFM klubu U-15 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb, klub oyunların 50%-dən çox oyun keçirdiyinə görə klubun butun qalmış oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilib. (AFFA)
