19 yanvar 2016 12:15
Qəbələ bu gün Ayntraxt ilə qarşılaşacaq
“Qəbələ”nin əvəzedici komandası 2015/16-cı il mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yanvarın 16-dan Türkiyədə olan “qırmızı-qaralar” təlim-məşq toplanışını Antalyada gerçəkləşdirir.
Komanda “Papillon Belvil Hotel”də məskunlaşıb. Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdıran Ramin Quliyevin yetirmələri ilk sınağına bu gün - yanvarın 19-da çıxacaq. Əvəzedicilər Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçiriləcək. (klub saytı)
