19 yanvar 2016 12:00

Qəbələnin məşqçisi: Əsas komandada işləmək böyük məsuliyyət tələb edir

"Qəbələ"nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub. Azerisport.az xəbər verir ki, qapıçılarla işləyən ukraynalı məşqçi Andrey Qluşenko klubdan gedib. Baş məşqçi Roman Qriqorçukla birgə “qırmızı-qaralar”a ötən qış gələn 42 yaşlı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar vətəninə qayıtmalı olub.

Qluşenkonun vəzifəsi bunadək əvəzedici komandada qapıçılarla işləyən 47 yaşlı Vüqar Məmmədova həvalə olunub. Qeyd edək ki, təcrübəli mütəxəssis “Qəbələ” yaradılandan bəri uzun illər əsas komandada qapıçılarla çalışıb. O, 2013-cü ilin yayından, Yuri Syomin əsas komandaya baş məşqçi təyin edildikdən sonra işini əvəzedici heyətdə davam etdirmişdi.

V.Məmmədov yeniliklə bağlı klubun qəzetinə açıqlama verib: “Yenidən əsas komandada işlədiyimə görə çox sevinir, mənə etimad göstərənlərin hər birinə minnətdarlığımı bildirirəm. Əsas komandada çalışmaq məşqçidən, ilk növbədə, böyük məsuliyyət tələb edir. Artıq burada daha güclü, sırf peşəkarla çalışırsan. Bu mənada iş prosesi bir qədər asandır. Ancaq istənilən halda, işini böyük məsuliyyətlə görməlisən. Andrey Qluşenko ilə mütəmadi söhbətlərimiz olurdu və ümumi işə faydalı olması üçün əvəzedicilərdə onun iş metoduna uyğun çalışırdım. Əsas komandamızdakı qapıçılardan razıyam. Dmitri Bezotosnı, ümumiyyətlə, Azərbaycan Premyer Liqasında ən güclü qapıçılardan biridir. Ancaq təbii ki, rəqabət olacaq və kim daha hazırlıqlıdırsa, “çərçivə” də ona tapşırılacaq. Bu məsələdə son qərarı isə baş məşqçi verəcək”.

Məmmədov son illərdə çalışdığı əvəzedici heyətə öyrəşdiyini və həmin kollektivdən ayrılmağın çətin olduğunu da deyib: “Cari mövsümə yaxşı başlamasaq da, birgə səylərimiz nəticəsində qış çempionu olduq. Əsas heyətdə işə yanaşma bir qədər fərqlidir. Ancaq əvəzedicilərdə işlədiyim qapıçılar yenə diqqətimdə olacaq. Elnur Orucov U-19, Murad Popov U-17 yığmamıza cəlb olunub. Bu qapıçılar gələcəkdə bizim üçün çox faydalı olacaqlar”.

Hazırda əvəzedici heyətdə qapıçıların hazırlığı Sahil Kərimova həvalə olunub. 37 yaşlı mütəxəssis uzun müddətdir “Qəbələ” Futbol Akademiyasında çalışır. Sonda onu bildirək ki Qluşenko əvvəllər çalışdığı “ Çernomorets” (Odessa) komandasına qayıdıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.