19 yanvar 2016 18:50
İnter Slovakiya klubuna da məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Slovakiyanın "Slovan" klubu olub.
Paytaxt klubu bu görüşdə də meydanı məğlub tərk edən tərəf olub.
Xatırladaq ki, "İnter"in əvvəlki yoxlama oyunlarında öncə Almaniyanın "Verder" klubunun ikinci, daha sonra isə əsas komandasına eyni hesabla (0:1) uduzmuşdu.
Yoxlama oyunu
19 yanvar
"İnter" - "Slovan" - 0:2 (0:2)
"İnter": Georgi Lomaya, Laşa Salukvadze, Ruslan Əmircanov, Zurab Xizanişvili, Denis Silva, İlkin Qırtımov, Nizami Hacıyev, Nika Kvekveskiri, Qara Qarayev, Laşa Kasradze, Vüqar Nadirov.
