19 yanvar 2016 11:00
Eddi İsrafilovsuz Eybardan darmadağın
İspaniya La Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Qranada" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 5:1 hesablı qələbəyə sevinib. İsrafilov keçmiş komandasına qarşı görüşün iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Eybar" hazırda 33 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
