Popoviç: Ümid edirəm ki, böhran Premyer Liqaya ciddi təsir göstərməyəcək
"Qəbələ"nin qapıçısı Andrey Popoviç Türkiyə toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanış şəraitimiz yaxşıdır. Bizə sadəcə, çalışmaq qalır. Artıq bir yoxlama oyunu da keçirmişik. Almaniya "Osnabryuk"una (1:1) qarşı pis oynamasaq da, qələbə qazana bilmədik. Amma görünür, hələ yüz faiz hazır deyilik. Buna baxmayaraq, çatışmazlıqlarımızı yoluna qoymaq üçün vaxtımız var".
Popoviç hazırkı böhranın ölkə futboluna təsirindən də söz açıb: "Hələ ki, bu barədə konkret nəsə söyləyə bilmirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq və maliyyə böhranı futbolumuza, çempionatımıza ciddi təsir göstərməyəcək. Premyer Liqada rəqabətin güclü olmayacağı hələ yaydan bəri deyilirdi. Amma zaman göstərdi ki, hər şey əksinədir. Fikrimcə, mövsümün qalan hissəsində də elə olacaq".
