19 yanvar 2016 00:05

Qriqorçuk: Bu tələblərə cavab verən futbolçu tapmaq heç də asan deyil

"Mövsümün ikinci yarısına hazırlığı yaxsı şəraitdə davam etdiririk. Bu, nəzərdə  tutduğumuz bütün işləri həyata keçirməyə imkan verir. Hesab edirəm ki, hazırlıga qiymət vermək hələ tezdir. Məşqlərə yeni başlamısıq və hər şey qaydasında gedir”. Azerisport.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK"ya açıqlamasında əsas komandanın baş məşqçisi Roman Qriqorçuk deyib. Yanvarın 10-da Türkiyənin Antalya bölgəsində başlayan təlim-məşq toplanışı haqda düşüncələrini bizimlə bölüşən ukraynalı mütəxəssis futbolçuların çalışqanlığından razılıq edib.

Qriqorçukun sözlərinə görə, istirahətdən qayıdan oyunçularda artıq çəki cəhətdən problem olmayıb: “Ümumiyyətlə, futbolçuların fiziki durumlarında problem, “boşalma” görmürəm. Görünür, istirahət vaxtı müəyyən qaydalara əməl ediblər, hamısı düşərgəyə yaxşı psixoloji vəziyyətdə gəlib. Məşqlərdə işlərini məmnuniyyətlə görürlər. Əlbəttə, hazırlığın ilk günlərində fiziki çalışmalara xüsusi diqqət yetiririk. Ümumilikdə isə hazırlığı müxtəlif mərhələlərə ayırmırıq. Çünki işə yanaşmamız kompleks olduğundan hər şeyi əhatə edir”.

Ukraynalı çalışdırıcı hazırlıqda olan yeni futbolçu Rəşad Eyyubovla bağlı da fikirlərini bildirib. O, gənc yarımmüdafiəçinin vaxtilə baş məşqçi kimi çalışdığı “Çernomorets”in yetirməsi olmasının ona dəvətdə heç bir rol oynamadığını söyləyib: “Çünki Rəşadın Odessada yaşaması, futbola orada başlaması barədə məlumatım yox idi. Bundan yarım il öncə xəbər tutdum. Etiraf edirəm ki, Eyyubovu hələ ötən yay komandamıza cəlb etmək istəyirdim. Sadəcə, həmin vaxt keçid baş tutmadı. Fikrimcə, Eyyubov maraqlı futbolçudur. O, oyun üslubumuza dəqiq uyğun gəlir”.

Heyətin gücləndirilməsinin zəruri olduğunu vurğulayan Qriqorçukun sözlərinə görə, qış fasiləsində yeni transferlər nəzərdə tutulub: “Bu, birmənalı olaraq qarşımızda duran məsələdir. Komandanı gücləndirməyin lazım olduğunu başa düşürük. Ancaq digər tərəfdən, tələsik addım atmaq da istəmirik. Çünki həm “Qəbələ”nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yetərincə yüksəkdir. Ona görə gələn yeni futbolçu bu səviyyəyə, qarşımızda duran vəzifələri yerinə yetirməyə uyğun olmalıdır. İnanın ki, dediyim tələblərə cavab verən futbolçunu tapmaq heç də asan deyil. Bu üzdən transfer işləriylə bağlı çox çalışırıq. Ümid edirəm ki, seleksiya istiqamətində müəyyən addımlar atıb, heyəti real olaraq gücləndirəcək futbolçu tapa biləcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.