18 yanvar 2016 19:45
Kəpəzin əvəzediciləri də ilk toplanışı yekunlaşdırdı
“Kəpəz”in əsas komandası kimi, əvəzedicilər də təlim-məşq toplanışının ilk mərhələsini başa vurub. Azerisport.az xəbər verir ki, çempionata hazırlığa Yevlaxda start vermiş “dubl”un məşq planına uyğun olaraq, ilk mərhələ fiziki gücün artırılması üzərində qurulub.
Əvəzedici heyət gündə iki dəfə səhər və axşam olmaqla məşqə çıxıb. Komandanın zədəli qapıçısı Cavid Əsgərov istisna olmaqla, heyətin bütün üzvləri toplanışda iştirak edib.
“Sarı-göylər” çempionata hazırlığın ikinci mərhələsini Gəncədə keçirəcək. Komanda doğma şəhərdə taktiki və texniki hazırlıq üzərində çalışacaq. Qış fasiləsi müddətində əvəzedicilər iki yoxlama oyunu keçirəcək.
