18 yanvar 2016 19:15

Şahin Diniyev: Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik

“Kəpəz” çempionatın qış fasiləsi müddətində hazırlığını ilk mərhələsini tamamlayıb. Azerisport.az xəbər verir ki, bir həftə ərzində Yevlaxda fiziki məşqlər üzərində işləyən komanda toplanışa “Qaradağ Lökbatan”a qarşı oyunla yekun vurub.

“Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına təlim-məşq toplanışı və yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb: “Təlim-məşq toplanışından çox razı qaldım. Uşaqlar səylə işlədilər, verilən tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını ortaya qoydular. Dünən səhər məşqindən sonra birbaşa Bakıya yola düşdük. Yorğunluq fonunda hazırlığımızın ilk mərhələsini yoxlama oyunu ilə tamamladıq. Birinci divizion klubu ilə görüşdə bütün futbolçulara oynamaq imkan verdik. Oyunçular yorğun idilər, bununla belə meydanda layiqincə mübarizə aparmağa çalışdılar. Yevlax toplanışını təhlil edərkən deyim ki, komanda hər bir cəhətdən tam gücü ilə çalışdı. Bunun xeyrini yəqin ki, çempionatda görəcəyik”.

Sonda qeyd edək ki, komanda üzvləri iki günlük istirahətə buraxılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.