18 yanvar 2016 18:30
Məktəblilər Bakı Olimpiya Stadionu ilə tanış olub
Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda arena ilə tanışlıq turları keçirilir. Azerisport.az xəbər verir ki, gəzinti proqramına stadionun texniki zonaları, media mərkəzi, futbolçuların paltardəyişmə otaqları, əsas meydança və tribunalarla tanışlıq daxildir.
Stadionda növbəti tur məktəblilər üçün təşkil olunub. 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının kapitanı Əminə Heydərovanın da iştirak etdiyi tədbirdə şagirdlər stadionla tanış olmaqla yanaşı, futbolçuya sual ünvanlamaq imkanı da qazanıblar. Sonra isə Bakı Olimpiya Stadionunun inşa prosesini əks etdiərn videoçarx nümayiş etdirilib. (AFFA)








