18 yanvar 2016 18:15
Erat Fortunanı tərk etmək istəyir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Almaniyanın "Fortuna" klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, 23 yaşlı xavbek Düsseldorf təmsilçisindəki durumundan narazıdır.
Buna səbəb onun əsas komandada yox, "Fortuna"nın U-23 komandasında çıxış etməsidir. Vaxtilə əsas komandaya da dəvət alan Erat cari mövsümü demək olar ki, ikinci komandada keçirib. Bu üzdən də o, "Fortuna"nı tərk etməyi arzulayır. Hazırda o, "Fortuna II"-də yer alsa da, özünə yeni iş yeri axtarır. (WZ)
