18 yanvar 2016 16:45
Millinin məşqçiləri Sumqayıtın oyununa baxıb
Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri daha bir oyuna baxıblar. Azerisport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçkinin köməkçiləri - Qordan Tsipriç və Draqan Spasiç “Sumqayıt” – “Akjayık” (Qazaxıstan) oyununa baxıblar.
