18 yanvar 2016 15:15
Neftçi məşqçisini qovdu
"Neftçi" rəhbərliyi futbol akademiyasının qapıçılarla iş üzrə məşqçisi Hüseyn Məhəmmədovu klubdan uzaqlaşdırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun oyunlara pul qoyuluşu etməsidir.
Belə ki, klubla məşqçi arasında imzalanan müqavilədə onun futbol oyunlarına pul qoyuluşu etməsi qadağan edilsə də, Məhəmmədov bu şərtə əməl etməyib. Onun "Topaz" məntəqələrinin birində doğrudan da futbol oyunlarına pul qoyuluşu etməsi sübut olunub və nəticədə klub məşqçi ilə müqavilənin pozulmasına qərar verib.
