18 yanvar 2016 14:30
Eybar İsrafilova görə 300 000 avro təklif edir
İspaniyanın "Eybar" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun transfer hüququnu almağa çalışır. Azerisport.az xəbər verir ki, bu oyunçunun transfer hüququ İspaniyanın digər klubu "Real Mursiya"ya məxsusdur.
La Liqa təmsilçisi icarə əsasında xidmətindən yararlandığı 23 yaşlı futbolçuya görə onun müqavilə ilə məxsus olduğu kluba 300 000 avro təklif edir. Amma "Real Mursiya" Eddiyə görə 500 000 avro tələb edir.
Qeyd edək ki, İsrafilov "Eybar"la mövsümün sonuna qədər icarə müqaviləsi bağlayıb. Onun "Mursiya" ilə müqaviləsinin müddəti isə 2017-ci ilin iyun ayında başa çatacaq. (La Verdad)
