18 yanvar 2016 14:15
Erat 66 dəqiqə oynadı, Fortuna qələbə qazana bilmədi
Almaniyanın "Fortuna" klubunun ikinci komandası növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın da çıxış etdiyi Düsseldorf təmsilçisi "Hanza" (Rostok) ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bitib. Start heyətdə meydana çıxan Erat 66-cı dəqiqədə əvəzlənib.
