18 yanvar 2016 14:00
Vüqar Nadirov: Zamanla həm oyunumuz, həm də nəticələrimiz yaxşılacaq
"İnter"in hücumçusu Vüqar Nadirov yeni keçdiyi komandasının Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanış yaxşı keçir. Artıq iki yoxlama oyunu keçirmişik. Hər ikisində Almaniyanın "Verder" klubu ilə qarşılaşmışıq. Rəqibimiz güclü komanda idi. Hər iki görüşdə minimal hesabla uduzsaq da, komandamız yaxşı təsir bağışladı. Həm də nəzərə almaq lazımdır ki, bu, bizim yeni ildə ilk oyunlarımız idi. Zamanla həm oyunumuz, həm də nəticələrimiz daha yaxşı olacaq".
