18 yanvar 2016 12:40
Matteus Prosineçkiyə rəqib ola bilər
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi postuna namizədlərdən birinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteusdur.
Onun son iş yeri Bolqarıstan yığması olub. Qazaxıstan mətbuatı ölkə futbol federasiyasının bu mütəxəssislə danışıqları davam etdirdiyini yazır.
Qeyd edək ki, Qazaxıstan yığması martın 26-da Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək.
