18 yanvar 2016 12:20
Mirhüseyn Seyidov: Həkimlər iki həftə məşq edə bilməyəcəyimi deyib
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov aldığı zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyə toplanışı mənim üçün yaxşı keçirdi. Amma məşqlərin birində zədələndim. Ayağımda ağrılar hiss etməyə başladım. Tibbi müayinədən sonra ayağımda zədə olduğu aşkarlandı. Artıq üç gündür məşq etmirəm. Həkimlərin sözlərinə görə, üç həftə məşq edə bilməyəcəyəm. Təxminən fevralın ortalarında sıraya dönəcəyəm".
