18 yanvar 2016 11:40

Elbrus Məmmədov: Bu, mənim üçün böyük zərbə oldu

"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədovun azerisport.az saytına müsahibəsi

- Siz doğrudan da "Xəzər Lənkəran"a qayıtmısınız?
- Bəli, artıq Lənkərandayam. Vəziyyəti yaxşıya doğru dəyişməyə çalışıram. Amma təəssüf ki, hər şey məndən asılı deyil.

- Niyə?
- İş çoxdur. Həm də maliyyə problemlərimiz var. Rəhbərlikdən dəstək gözləyirəm.

- Bəs bu gün komandanı tərk edib, sabah yenidən kluba qayıtmağınıza nə səbəb oldu?
- Futbolçuların maaşının bir hissəsinin ödəniləcəyini gözləyirdim. Uşaqları da hər şeyin yaxşı olacağına inandırmışdım. Amma komandanı məşqə çıxaranda futbolçuların bir hissəsinin meydanda olmadığını gördüm. Bu, mənim üçün böyük zərbə oldu. Onların çoxu mənim rəhbərliyim altında uzun müddət məşq etmişdi. Məşqdən öncə hətta onların valideynləri ilə də görüşmüşdüm və bildirmişdim ki, hər şey yaxşı olacaq. Böhran təkcə "Xəzər Lənkəran"da deyil. Ona görə bir az dözmək lazım idi.

- Bəs sizi geri qayıtmağa nə vadar etdi?
- Klub rəhbərliyi ilə görüşüm oldu. Onlar məni hər şeyin yaxşı olacağına inandırdılar. Komanda yaşayacaq. Borcların da bir hissəsi bu həftə ödəniləcək.

- Belə vəziyyətdə komandanı hazırlaşdırmaq çətin olmayacaq ki?
- Mövsümün qalan hissəsinin bərpasına demək olar ki, çox az vaxt qalıb. Futbolçuların fiziki hazırlığını heç olmazsa, 50 faiz qaydasına sala bilsək, buna sevinəcəyəm. Ümid edirəm ki, bütün bu çətinliklər tezliklə geridə qalacaq, bunları unudacağıq və yaxşı günlər gələcək.

- Heyəti gücləndirəcəksiniz?
- Rasim Ramaldanov və Tural Cəlilovla əlaqə saxlayıram. Onları komandada görmək istəyirəm. Xüsusilə də Rasimin komandada olmasını çox istərdim. Onun mənə çox böyük köməyi dəyər.

- Hədəfiniz nə olacaq?
- Premyer Liqadakı yerimizi qorumağa, mümkün qədər üst pillələrə çıxmağa çalışacağıq. Komanda hər oyunda sonadək mübarizə aparacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.