18 yanvar 2016 11:20
Qəbələ Antalyadakı 8-ci gününü tək məşqlə başa vurdu
2015/16 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 8-ci gününü 1 məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında reallaşan məşq prosesi günün ikinci yarısında fitnes zalında baş tutub. Məşqdə komanda əsasən topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. (klub saytı)
