18 yanvar 2016 11:00
Elbrus Məmmədov Xəzər Lənkərana qayıtdı
Ötən gün "Xəzər Lənkəran"ın baş məşqçi postunu tərk edən Elbrus Məmmədov yenidən geri qayıdıb. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Yunis Hüseynovun istefası nəticəsində baş məşqçi təyin olunan bu mütəxəssis klub rəhbərliyinin beş futbolçudan imtina etməsi nəticəsində komandadan ayrılmışdı.
Amma görünür, klub rəhbərliyi futbolçulardan fərqli olaraq, Məmmədovu razı sala bilib və o, bu gün yenidən işinin başına qayıdıb.
