AZAL liderliyi ələ keçirdi
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, beşinci oyun günündə də bir görüş baş tutub.
Bu dəfə AZAL birinci divizion klubu "Şərurspor"la üz-üzə gəlib. Bu, elita təmsilçisinin turnirdəki üçüncü, birinci divizion klubunun isə ikinci oyunu idi.
AZAL oyuna daha yaxşı başlayıb və iki qol vuraraq, yaxşı üstünlük qazanıb. Amma 33-cü dəqiqədə azlıqda qalan elita təmsilçisi matçın gedişində üstünlüyünü əldən verib. Buna baxmayaraq, matçın sonlarında paytaxt təmsilçisi qələbə qolunu vurmağı bacarıb. Bu qələbə sayəsində AZAL "Neftçi"ni qabaqlayaraq, vahid liderliyi ələ keçirib.
18 yanvar
AZAL - "Şərurspor" - 3:2 (2:1)
Qollar: Murad Səttarlı (1:0). Elmin Çobanov (2:0). Rəhman Musayev - pen. (2:1). Elşən Məmmədov (2:2). Aleksandr Quruli - pen. (3:2)
Qırmızı vərəqə: İlqar Ələkbərov, 33 (AZAL).
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
“Neftçi” - “Neftçala” - 1:1
Turnir cədvəlindəki vəziyyət belədir: AZAL - 6 (3), "Neftçi" - 4 (2 oyun), "Neftçala" - 2 (2), "Şərurspor" - 1 (1), MOİK - 0 (1).
