18 yanvar 2016 00:30
Azərbaycanlı biznesmen Moldova klubuna sponsorluq edə bilər
Azərbaycanlı investor Moldovanın "Saxan" klubuna sponsorluq edə bilər. Azerisport.az xəbər verir ki, bunu Moldova mətbuatına açıqlamasında sözügedən klubun prezidenti Qriqori Kadın bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı bir azərbaycanlı biznesmenlə danışıqlar gedir. Amma həmin iş adamının adı açıqlanmır.
Qeyd edək ki, "Saxan" Moldovanın yüksək liqasında çıxış etsə də, aşkar autsayderdir. Belə ki, sözügedən komanda cari mövsümün geridə qalan 16 turunda cəmi 4 xal toplaya bilib və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Qələbəyə həsrət olan bu komanda topladığı xalları da heç-heçələr sayəsində əldə edib.
