18 yanvar 2016 00:05

Sumqayıt Qazaxıstan klubuna qalib gəldi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə sumqayıtlılar 1:0 hesablı qələbə qazanıblar. Oyunda yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Abasovun komandası yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yoxlama oyunu
17 yanvar

“Sumqayıt” - “Akjayık” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 78-pen.
Antalya, Su Səsi İdman Kompleksinin stadionu.

“Sumqayıt” oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov, Amil Yunanov.

Meydana sonradan daxil olanlar: Tərlan Əhmədli, Eltun Yaqublu, Emin Mehtiyev, Samir İbrahimov, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Tofiq Mikayılov, Ayaz Mehtiyev, Mikayıl Rəhimov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.