17 yanvar 2016 19:00
Kəpəz Qaradağ Lökbatana məğlub oldu
Birinci division təmsilçisi “Qaradağ Lökbatan” Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb.
Görüşün ikinci hissəsi daha da maraqlı alınıb. “Qaradağ Lökbatan” Gəncə təmsilçisinin qapısına iki dəfə yol tapa bilib. Birinci divizion klubunun qələbə qollarını Rüfət Məmmədov və Sabir Allahquliyev vurub.
Qeyd edək ki, “Qaradağ Lökbatan” ötən gün də “Sumqayıt” klubunun əvəzedici heyətinə 3 cavabsız qolla qalib gəlib.
