17 yanvar 2016 16:20
Almaniyalı məşqçi Qarabağ ilə oyundan danışdı
Almaniyanın "Rot Vayss" (Essen) klubunun baş məşqçisi Yan Zivert Türkiyədə Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
"Bizim bu oyunda qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, rəqibdən fərqli, biz bu şansların heç birindən yararlana bilmədik. Futbolçularımız güclü rəqibə qarşı mübarizə apardılar".
