Neftçi Neftçala üzərində qələbəni son anda əldən verdi
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, dördüncü oyun günündə də bir görüş baş tutub.
Bu dəfə "Neftçi" birinci divizion klubu "Neftçala" ilə üz-üzə gəlib. Bu, hər iki komandanın turnirdəki ikinci oyunu idi. Qarşılaşmanın əvvəlindəcə "Neftçi" azlıqda qalıb. Amma buna baxmayaraq, ikinci yarının ortalarında elita təmsilçisi hesabı açıb. Bundan bir qədər sonra "Neftçi"nin daha bir futbolçusu meydandan qovulub. Say üstünlüyündən yararlanan birinci divizion klubu son saniyələrdə hesabı bərabərləşdirməyə nail olub. Nəticədə, bu görüşdə qalib müəyyənləşməyib.
17 yanvar
“Neftçi” - “Neftçala” - 1:1 (0:0)
Qollar: Araz Abdullayev, 71 (1:0). Fərmayil Əliyev, 90+2 (1:1).
Qırmızı vərəqə: Ruslan Qurbanov, 13 ("Neftçi"). Cavid İmamverdiyev, 76 ("Neftçi").
Bakı. "Bayıl Arena".
Əvvəlki oyunların nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
AZAL - MOİK - 2:0
