17 yanvar 2016 11:00
Sumqayıt Antalyada ilk məşqinə çıxdı
Xəbər verdiyimiz kimi, “Sumqayıt” ötən gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda hətta axşam saatlarında qonşu ölkədə ilk məşqinə də çıxıb.
Məşqin əvvəlində qısa ötürmələr və cinah asmaları üzərində çalışan “Sumqayıt”lılar hazırlığı iki tərəfli oyunla yekunlaşdırıblar.
Qeyd edək ki, "Sumqayıt" bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq.
















