Araz Abdullayev U-17-nin düşərgəsində
“Neftçi” rəhbərliyi və əsas komandanın kapitanı Araz Abdullayev AFFA-nın Futbol Akademiyasında hazırlığını davam etdirən U-17 komandasının üzvləri ilə görüşüblər. Azerisport.az xəbər verir ki, mütəmadi olaraq keçirilən bu kimi görüşlərdə əsas məqsəd aşağı yaş qrupları üçün yaradılmış şəraitlə tanış olmaq və komanda üzvləri ilə daha yaxından ünsiyyət qurmaqdır. Tədbirdə “Neftçi”nin kapitanı Araz Abdulayevin də iştirakı gənc futbolçuların öz məqsədləri uğrunda daha səylə çalışması üçün stimullaşdırıcı rol oynayıb.
Qeyd edək ki, klub rəhbərliyi mövsümün əvvəlindən başlayaraq mütəmadi olaraq aşağı yaş qrupu komandalarında çıxış edən futbolçular və onların valideynləri ilə görüşlər təşkil etmişdi. Oxşar tədbirlər klub tərəfindən davamlı olaraq keçiriləcək.
“Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandası bir həftə ərzində milli komandanın Mərdəkanda yerləşən məşq mərkəzində hazırlıq keçib. Hazırda isə komanda məşqlərini AFFA-nın Futbol Akademiyasında davam etdirir.



