16 yanvar 2016 21:00
Rəvanın oyunçularına 200 manat pul verildi
"Rəvan" rəhbərliyi bu gün futbolçulara 200 manat məbləğində pul ödəyib. Azerisport.az xəbər verir ki, bu, yanvar ayı üçün nəzərdə tutulmuş avansdır.
Komanda üzvlərinə oktyabr, noyabr və dekabr aylarından qalan borclar isə hələ də ödənilməyib. Klub rəhbərliyi həmin borcların da ödəniləcəyini vəd edir.
