16 yanvar 2016 20:30
Dmitri Nazarov Bavariyaya qol vurdu
Almaniyanın "Karlsrue" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası son Almaniya çempionu, Bundesliqanın indiki lideri "Bavariya" ilə qarşılaşıb.
Qarşılaşma "Karlsrue"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçın ikinci yarısında - 46-cı dəqiqədə meydana çıxıb. 74-cü dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb.
