16 yanvar 2016 20:00
Azərbaycan yığmasının qapıçısı Qarabağda
Azərbaycanın gənclərdən ibarət yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev "Qarabağ"a keçib. Azerisport.az xəbər verir ki, "Sumqayıt"dan ayrılan futbolçu artıq Ağdam klubunun düşərgəsindədir.
Belə ki, gənc qolkiper "Qarabağ"ın bu gün keçirilən Almaniya "Rot Vayss"ı (Essen) ilə yoxlama oyununun iştirak ərizəsinə də salınıb. İştirak ərizəsində Məhəmmədəliyevin 94 nömrəli formanı geyindiyi də göstərilib. Amma onun klubla rəsmi müqavilə imzalayıb imzalamadığı dəqiq bilinmir.
Qeyd edək ki, Məhəmmədəliyev daha öncə saytımıza açıqlamasında "Qarabağ"a keçdiyi barədə xəbərləri təkzib etmişdi.

