16 yanvar 2016 19:00
Anar Nəzirov: Zirədə maaşlar əvvəlki valyuta ilə veriləcək
"Zirə"nin qapıçısı Anar Nəzirov Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq öz qaydasında gedir, hər şey yaxşıdır. Mövsümün birinci yarısında qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni etdik. Futbol ictimaiyyətinin rəğbətini qazana bildik. Fikrimcə, biz yaxşı futbol sərgilədik, döyüşkən kollektiv yarada bilmişik. Hesab edirəm ki, mövsümün ilk yarısını normal keçirdik".
Qolkiper manatın devalvasiyasının futbolçulara və komandasına təsirindən də danışıb: "Manatın devalvasiyası ilə əlaqədar klub rəhbərliyinin məşqçi və futbolçu heyəti ilə görüşü oldu. Belə qərara gəlindi ki, "Zirə"nin bundan sonrakı uğurları üçün biz əvvəlki valyuta ilə maaş alacağıq".
