16 yanvar 2016 18:00
Sumqayıt artıq Türkiyədədir
Dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirmək üçün qonşu ölkəyə yola düşüb. Azerisport.az xəbər verir ki, sözügedən komanda səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanıb.
Yerli vaxtla saat 14:00-da adıçəkilən şəhərə çatan komanda "The Sense Deluxe" hotelində məşkunlaşıb. “Sumqayıt” bu gündən etibarən qonşu ölkədə 1 həftəlik təlim-məşq toplanışına start verəcək. Komanda Antalyada olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.












