16 yanvar 2016 16:20
Azərbaycan yığması Rusiya və Ukrayna ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda Rusiya və Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunları keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız fevralın 23-də və 25-də Rusiya, martın 1-də və 3-də isə Ukrayna komandası ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək bütün oyunlar saat 16:00-da başlayacaq.
