16 yanvar 2016 16:00
Millimizin məşqçiləri yoxlama oyununu izləyib
Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri “İnter” və Almaniyanın “Verder” (Bremen) komandaları arasında keçirilmiş yoxlama oyununa baxıblar. Azerisport.az xəbər verir ki, sözügedən oyun paytaxt klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
