16 yanvar 2016 14:00
Şahruddin Məhəmmədəliyev Qarabağa keçdiyini təkzib etdi
Azərbaycanın U-21 yığmasının və "Sumqayıt"ın qapıçısı Şahruddin Məhəmmədəliyev "Qarabağ"a keçdiyinə dair xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"ın baş məşqçisi mənə dedi ki, bundan sonra əsas heyət üzvü olmayacağam. Buna səbəb Səlahət Ağayevin bu kluba keçididir. Sağ olsun ki, bunu mənə dərhal dedi. Mən klubdan incik deyiləm. Bu, normal prosesdir. Komanda millinin qapıçısı ilə güclənib. "Qarabağ"a keçdiyim barədə xəbərlərə gəlincə, bunun haradan qaynaqlandığını bilmirəm. Bu, düz deyil".
