16 yanvar 2016 13:30
Rəvanın futbolçuları hələ də pul almayıb
"Rəvan"ın futbolçuları klub rəhbərliyinin vəd etdiyi pulu hələ də almayıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri klubun onlara ötən ildən bəri olan borclarını ödəməməsi səbəbindən boykota əl atmışdılar və məşqə çıxmaq istəmirdilər.
Amma rəhbərlik yaxın günlərdə hissə-hissə bütün borcların qaytarılacağına dair vəd verməklə, oyunçuları məşqlərə çıxmağa razı salmışdılar. Əldə etdiyimiz məlumata görə, futbolçular bu gün bir ayın pulunu almalıdır.
