16 yanvar 2016 11:30

Samir Abasov: Əvvəllər biz belə futbolçuların transferini heç arzu edə bilməzdik

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi

- Öncə ənənəvi sualdan başlayaq: manatın devalvasiyası sizə nə dərəcədə təsir göstərib?
- Devalvasiyaya qədər maliyyə baxımından bəzi klublara uduzurduq. Amma devalvasiyadan sonra demək olar ki, bütün klublar problemlərlə üzləşdilər. Biz öz mövqeyimizi saxlayırıq. Çünki bizim büdcəmiz onsuz da böyük deyildi. Böhran bizə də təsir edib. Amma digər klublardakı qədər çox yox.

- Deməli, klubların şansları bərabərləşir?
- Ən azından fərq azalır. Əvvəllər hansısa kluba bir futbolçunun ayına 10-15 min təklif edə bilirdisə, biz onlarla rəqabət apara bilmirdik. Amma indi fərq azalmağa doğru gedir. Məsələn, biz əvvəllər Səlahət Ağayev, Vaqif Cavadov kimi futbolçuların transferini heç arzu edə bilməzdik.

- Amma problemlərə baxmayaraq, komandanız bu transfer pəncərəsində ən fəallardan biridir...
- Digər klubların passivliyi fonunda biz fəal görünə bilərik. Azərbaycan yığmasının oyunçuları ilə güclənmişik. Amma əsas bu transferlərin özlərini doğrultmasıdır.

- Son olaraq Səlahət Ağayevi transfer etmisiniz. O, "Sumqayıt"ı gücləndirə biləcək?
- Bizdə qapıçı mövqeyi problemli idi. Səlahətin gəlişi ilə bu problemin yoluna düşəcəyinə inanıram. Prinsipcə, yığmanın da bir nömrəsi o olmalıdır.

- Məgər bir nömrə Kamran Ağayev deyil?
- Məndə olan məlumata görə, millinin baş məşqçisi Robert Prosineçki bir nömrə kimi Səlahəti görür.

- Bu mövsüm Avropa Liqasına vəsiqə üçün mübarizə apara bilərsiniz?
- Xal fərqi çox böyükdür. Bunu əritmək çox çətin olacaq. Reallığı nəzərə almaq lazımdır. Amma biz mümkün qədər üst pillələrdə qərarlaşmaq istəyirik. Azərbaycan Kubokunda da şansımız var. Baxmayaraq ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynamalı olacağıq.

- İlk hazırlıq mərhələsi necə keçdi?
- Əla. Bəzi oyunçular bizə gec qoşuldular. Amma ikinci mərhələdə tam heyətlə və daha ciddi hazırlıq keçəcəyimizi düşünürəm. Bizi maraqlı hazırlıq prosesi gözləyir.

- Komandanın Türkiyə toplanışı nə verəcək?
- Yaxşı şəraitimiz, sınaqçı rəqiblərimiz olacaq. Uşaqlar məşqçilər korpusunun onlardan nə gözlədiyini yaxşı bilir. Güclü rəqiblərlə oyunlar futbolçuların çempionatda özlərini daha inamlı hiss etməsinə şərait yaradacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.