Qəbələ Türkiyə toplanışına heç-heçə ilə başladı
2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olub.
Bu matç Roman Qriqorçukun çalışdırdığı komandanın 2016-cı ildə ilk sınağıydı. Ölkə çempionatının 3-cü liqasında çıxış edən bu komanda 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini 2-ci Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü Liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabryuk” hazırda - 21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.
“Gloria”nın məşq meydançasında keçirilən "Qəbələ” – “Osnabryuk” matçında hesabı Azərbaycan təmsilçisi açıb. Amma matçın sonlarında Almaniya klubu hesabı bərabərləşdirməyi bacarıb və matç sülhlə başa çatıb.
Yoxlama oyunu
16 yanvar
“Qəbələ” – “Osnabryuk” - 1:1 (0:0)
Qollar: E.Zets, 57 (1:0). D.Piso, 83 (1:1).
“Gloria” məşq meydançaları.
"Qəbələ": Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Voyislav Stankoviç, Rafael Santos, Arif Daşdəmirov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Sadiqov, Sergey Zenyov, Ermin Zets, Aleksey Antonov.
