16 yanvar 2016 14:55
AZAL divizion klubuna qalib gəldi
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.
Bu dəfə AZAL birinci divizion klubu MOİK-lə üz-üzə gəlib. Bu, "hərbçilər"in turnirdəki ilk oyunu idisə, "təyyarəçilər" ikinci matça çıxmışdılar. Qarşılaşma elita təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb.
16 yanvar
AZAL - MOİK - 2:0 (1:0)
Qollar: Tərlan Xəlilov (1:0). Nuqzar Kvirtiya (2:0).
Bakı. "Bayıl Arena".
İlk turun nəticələri:
"Neftçi" - AZAL - 1:0
"Neftçala" - "Şərurspor" - 2:2
