16 yanvar 2016 00:05

Qəbələ 2016-cı ildə ilk sınağına çıxır

2015-2016 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yanvarın 10-dan Antalyada məşq edən “qırmızı-qaralar”ın ilk rəqibi Almaniyanın “Osnabryuk” klubu olacaq.

Bu matç Roman Qriqorçukun yetirmələrinin 2016-cı ildə ilk sınağıdır. Ölkə çempionatının 3-cü liqasında çıxış edən bu komanda 1899-cu ildə yaradılıb. Ən yaxşı illərini 2-ci Bundesliqada keçirən komanda 2011-ci ildən 3-cü Liqada mübarizə aparır. Ötən mövsüm 11-ci olan “Osnabryuk” hazırda - 21 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb. Antalyada ilk sınağına 2 gün öncə çıxan Almaniya təmsilçisi İsveçrənin “Vil” komandasını 2:0 hesabı ilə məğlub edib.

2016-cı ildə ilk matçına çıxacaq “Qəbələ” tarixində 76-cı yoxlama oyununu keçirəcək. Əvvəlki 75 qarşılaşmada 34 qələbə qazanan komanda 15 heç-heçə edib və 26 dəfə uduzub. 120 qol vuran "Qəbələ" futbolçuları xarici klublardan 85 top buraxıb. Həmin qarşılaşmalardan 52-si Türkiyə, 8-i Sloveniya, 5-i İngiltərə, 4-ü Hollandiya, 3-ü Avstriya, 1-i Ukraynada baş tutub. 2 görüş isə Qəbələdə keçirilən turnirə təsadüf edib. “Qırmızı-qaralar” indiyədək 1 dəfə Almaniya təmsilçisi ilə yoxlama matçında qüvvəsini sınayıb. 2013-cü ilin əvvəlində Türkiyədə “İnqolşatadt”la üz-üzə gələn komanda 3:4 hesabı ilə uduzmuşdu.

“Qəbələ” – “Osnabryuk” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüş “Gloria” məşq meydançalarında keçiriləcək.

Yoxlama oyunu
16 yanvar

17:30. “Qəbələ” – “Osnabryuk” (Almaniya)
“Gloria” məşq meydançaları.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.